Drag

Bizim Hekayəmiz

FAZ GROUP — əsası 2016-cu ildə qoyulmuş, memarlıq və interyer dizayn sahəsində beynəlxalq təcrübəyə malik yaradıcı bir studiyadır. Fəaliyyətə başladığımız ilk gündən etibarən estetika ilə funksionallığı birləşdirərək, sadəcə binalar deyil, yaşam tərzini əks etdirən məkanlar inşa edirik.

On ildən artıq olan peşəkar yolumuzda coğrafi sərhədləri aşaraq Azərbaycan, Türkiyə, Türkmənistan, Dubay Qətər kimi ölkələrdə uğurlu layihələrə imza atmışıq. Hər bir layihəmizdə yerli mədəniyyəti müasir dizayn trendləri ilə sintez edərək müştərilərimizə unikal həllər təklif edirik.

Studiyamızın uğurunun təməlində təcrübəli və vizyoner komandamız dayanır. Qurucu tərəfdaşlarımız Günay BayramovaÖzer Ocaktanın rəhbərliyi ilə FAZ GROUP hər bir detala xüsusi həssaslıqla yanaşır. Dizayn ofisimizin rəhbəri, memar Kamran Bağırzadənin kreativ toxunuşları ilə konsepsiyadan tətbiqə qədər hər bir mərhələdə mükəmməlliyə hədəflənirik.

Peşəkar Başlanğıc
2016
Peşəkar Başlanğıc

Memarlıq və dizayn sahəsindəki uzunillik fərdi təcrübəmizi korporativ çərçivəyə salaraq ilk yerli layihələrimizə imza atdıq. Keyfiyyət və estetikaya verdiyimiz önəm bizi qısa zamanda fərqləndirdi.

2019
Regional Genişlənmə

Azərbaycan və Türkiyədə iri miqyaslı yaşayış və kommersiya obyektlərinin layihələndirilməsini öhdəliyimizə götürdük. Brendimiz regional səviyyədə tanınmağa başladı.

Regional Genişlənmə
Qlobal Layihələr
2022
Qlobal Layihələr

Fəaliyyət coğrafiyamızı Türkmənistan, Dubay və Qətərə qədər genişləndirdik. Beynəlxalq standartlarda dizayn həlləri təqdim edərək müasir memarlığın sərhədlərini aşdıq.

2026
FAZ GROUP

Dünya səviyyəli təcrübəni və ən son texnologiyaları hər bir layihəmizə tətbiq edirik. Bizim üçün hər məkan, 2016-cı ildən bəri qoruduğumuz mükəmməllik prinsipinin bir nümunəsidir.

FAZ GROUP
Haqqımızda

TƏCRÜBƏ VƏ KEYFİYYƏT

FAZ GROUP olaraq, hər bir layihəyə mühəndislik dəqiqliyi və memarlıq estetikası ilə yanaşırıq. 2010-cu ildən bu yana qazandığımız beynəlxalq təcrübə bizə ən mürəkkəb bərpa və dizayn işlərini mükəmməl icra etməyə imkan verir.

İnteryer Dizayn
95%
Eksteryer Dizayn və Memarlıq
90%
Layihə İdarəedilməsi
85%
PEŞƏKAR KOMANDAMIZ

Mütəxəssisimizlə Tanış Olun

Özer Ocaktan

Qurucu Tərəfdaş

Günay Bayramova

Qurucu Tərəfdaş

Kamran Bağırzadə

Dizayn Şöbəsinin Rəhbəri / Memar

Faz Group: Azərbaycanda peşəkar inşaat layihələri, memarlıq və mühəndislik həlləri üzrə ixtisaslaşmış tikinti şirkəti.